fim.az

Bill Qeytsin keçmiş həyat yoldaşına nə qədər təzminat ödəyəcəyi açıqlandı

4-08-2021, 10:42

Bill Qeytsin keçmiş həyat yoldaşına nə qədər təzminat ödəyəcəyi açıqlandı


Məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin ayrılıqdan sonra 130 milyard dollarlıq sərvətin necə bölüşdürüldüyü məlum olub.

ABŞ mətbuatlı xəbər verir ki, cütlük 130 milyardlıq varidatı yarıya bölməyə qərar verib.

Məlumatlarda varidatın hansı formada bölünəcəyinin detalları açıqlanmayıb.
Xəbərdə həmçinin Melindanın boşandıqdan sonra da Qeyts soyadını daşımağa davam edəcəyi, cütlüyün bərabər yaratdıqları Bill və Melinda Qeyts fondunda birgə işləyəcəyi vurğulanıb.

Qeyd edək ki, bu ilin mayında Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts 27 illik ailə həyatına ikitərəfli razılıq əsasında son qoyublar.

Cütlüyün ayrılmasına səbəb kimi B.Qeytsin həyat yoldaşına xəyanət etməsi göstərilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 71}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400