fim.az

ABŞ generalı Əfqanıstanla bağlı sirləri açdı

19-08-2021, 11:57

ABŞ generalı Əfqanıstanla bağlı sirləri açdı


“Kəşfiyyat məlumatları ilə çox yaxşı tanışam və 300 minlik əfqan təhlükəsizlik qüvvələrinin cəmi 11 günə - avqustun 6-dan 16-na qədər 34 əyalətini və paytaxtı taliblərə təslim edəcəyi barədə proqnozların yer aldığı heç bir hesabat olmayıb”.

Bunu ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

"Kəşfiyyat hadisələrin üç ssenari ilə inkişaf edə biləcəyini proqnozlaşdırmışdı. Bunlardan birinə görə, əfqan təhlükəsizlik qüvvələri və hökumətinin tezliklə çökməsi nəticəsində hakimiyyətin taliblər tərəfindən birbaşa ələ keçirilməsi, ikincisi vətəndaş müharibəsi, üçüncüsü isə məsələnin danışıqlar yolu ilə nizamlanması idi. Bizim qoşunların çıxarılmasından sonra həftələr, aylar və hətta illər nəzərdə tutulurdu ki, bu müddətdə hökuməti çökə bilər”, - Mark Milli deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 221}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22