fim.az

Rus agenti olmuş şəxs PKK-da cavabdehlərdən biri təyin olunub

13-09-2021, 11:18

Rus agenti olmuş şəxs PKK-da cavabdehlərdən biri təyin olunub


Rusiyanın təhlükəsizlik ximdəti olan Federal Təhlükəsizlik Xiudmətinə (FTX) bağlı olan və “Məzlum rus” kod adı ilə tanınan PKK terrorçusu Sincar üzrə məsul şəxsi təyin olunub.
“Türkiyə” qəzeti xəbər verir ki, Rusiyanın Çelyabinsk şəhərindən olan “Məzlum rus” adlı terrorçu 2000-ci illərin əvvəlindən FTX agenti olub bir müddət Gürcüstan, Ermənistanda fəaliyyət göstərib.

İraq xüsusi xidmət orqanlarının verdiyi xəbərə görə, bu şəxs Türkiyə, Suriya və İraqda bir sıra terror katlarında iştirak edib. Bu şəxsin rus kəşfiyyat orqanları tərəfindən dəstəkləndiyi bildirilir.
"Məzlum rus" ilk terror təlimini Ermənistanın Vardenis, daha sonra Qarabağın işğal altında olduğu zamanlarda burada təlimlərdə olub.

Ermənistan və Rusiya vətəndaşlarından ibarət yaradılan “Ağrı qartalları” qrupunun başçılarından olan "Məzlum rus" Suriyada PKK-nın tabeliyində olan Nubar Ozanyan taborunun qurucusu olub. Rusiya vətəndaşı olan terrorçu bundan əlavə olaraq Hakkari, Şırnak, Van, Binöl, Ağrı və Şimali İraqdakı terror fəaliyyətində aktiv iştirak edib. Onun adı Türkiyədəki Hendek təxribatında da keçir. O, 60-dan çox erməni, rus, serb silahlılarının iştirakı ilə Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücum əməliyyatı həyata keçirsə də, özü bu əməliyyatdan sağ qurtara bilib.

Diyarbakəkirin Sur qəsəbəsində onların mühasirəyə alınmasından sonra “heç bir halda sağ ələ keçirilməsinlər, öldürün” əmrini də məhz "Məzlum Rus verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 84}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400