fim.az

Erməni generaldan müharibə ilə bağlı sənədlərin saxtalaşdırılmasına dair - AÇIQLAMA

4-12-2021, 10:10

Erməni generaldan müharibə ilə bağlı sənədlərin saxtalaşdırılmasına dair - AÇIQLAMA


Keçmiş səhra komandiri, 1-ci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalına rəhbərlik edənlərdən biri, 2-ci Qarabağ müharibəsində Xankəndində qondarma “təhlükəsizlik şurasının katibi” vəzifəsini tutan Samvel Babayan Ermənistanın keçmiş müdafiə naziri və Baş qərargah rəislərinin, o cümlədən, indiki Baş qərargah rəisinin “həbsdə otumalı olduğunu” deyir.
"Virtualaz.org xəbər verir ki, Babayan bu haqda “Hraparak” qəzetinə danışıb.

O deyib ki, 44 günlük müharibə zamanı verilmiş əmrlər və digər sənədlər hazırda saxtalaşdırılır. Çünki ordunun keçmiş və indiki rəhbərləri araşdırma zamanı öz cinayətlərinin üzə çıxmasından ehtiyat edirlər.

Onun sözlərinə görə, qondarma “DQR müdafiə nazirliyinə” və Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etmiş şəxslər izləri itirmək, müharibədəki məğlubiyyətin məsuliyyətinin altından qaça bilmək üçün sənədləri saxtalaşdırıblar, saxtalaşdırmaqda davam edirlər. Bu sənədlər isə ehtiyatda olan qüvvələrdən istifadə, silahlanma, müharibənin gedişində bu və ya digər mövqelərdən geri çəkilmə, habelə 44 günlük müharibəni bir çox digər aspektləri ilə əlaqəlidir.

“Mən bilirəm ki, indi Baş qərargahda oturanlar müharibə dövründə verilmiş əmrləri dəyişdirirlər, yeni saxta əmrlər hazırlayır. Bunu kimin göstərişi ilə edirlər, nə vaxtsa yoxlasalar, yəqin, özləri deyəcəklər”, - Samvel Babayan belə deyib.

Lakin o, əmrlərin məhz Baş nazir Paşinyanın göstərişi ilə saxtalaşdırıla biləcəyinə inanmaq istəmədiyini bildirib. Samvel Babayanın fikrincə, Paşinyana bu gərək deyildi.

Erməni generaldan müharibə ilə bağlı sənədlərin saxtalaşdırılmasına dair - AÇIQLAMA


General “Samo” hesab edir ki, müharibədəki məğlubiyyətə və daha sonra müharibəyə dair sənədlərin saxtalaşdırılmasına görə keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş Baş qərargah rəisləri Movses Akopyan, Onik Qasparyan və Yuri Xaçaturov, habelə indiki Baş qərargah rəisi Artak Davtyan həbsdə oturmalıdır.

Ermənistan Baş Prokurorluğu isə açıqlayıb ki, Samvel Babayanın müsahibədə dedikləri araşdırılacaq.

Xatırladaq ki, erməni mediası indiki Baş qərargah rəisi Artak Davtyanın barəsində artıq cinayət işinin qaldırıldığını yazıb. Bu cinayət işi orduya yararsız silahların alınması ilə bağlıdır və həmin iş üzrə keçmiş müdafiə naziri David Tonoyan artıq həbsdədir. O da bildirilir ki, Davtyanın bu vəzifədə sayılı günləri qalıb, sadəcə olaraq Paşinyan onu əvəzləməyə etibarlı adam tapa bilmir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 235}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22