fim.az

Paşinyan Türkiyə ilə əlaqələrdən danışdı

16-12-2021, 11:55

Paşinyan Türkiyə ilə əlaqələrdən danışdı


Ankara ilə effektiv dialoq qura bilsək, o zaman Türkiyə ilə dəmiryol xətləri açılacaq.

“Aysor” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşünün yekunları barədə danışarkən deyib.

“Əgər Türkiyə ilə effektiv dialoq qura bilsək, sərhədi və kommunikasiyaları açmağa nail olacağıq. O zaman bu layihə geniş əhəmiyyət kəsb edə bilər, çünki Yeraşxdan Gümrüyə və Gümrüdən Qarsa dəmir yolu var”, - Paşinyan deyib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya və siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 221}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22