fim.az

Rusiya Almaniyaya təbii qazın verilişini dayandırdı

22-12-2021, 10:09

Rusiya Almaniyaya təbii qazın verilişini dayandırdı


Rusiya Almaniyaya verdiyi təbii qazı kəsib.

Xarici KİV xəbər verir ki, buna səbəb Rusiya vətəndaşı Vadim Krasikovun Almaniyada ömürlük azadlıqdan məhrum edilməsidir.

Belə ki, 2019-cu ildə Almaniyanın paytaxtı Berlində Gürcüstan vətəndaşı Səlimçan Çanqoşvili Rusiya vətəndaşı Vadim Krasikov tərəfindən qətlə yetirilib.

Bununla yanaşı, iki rus diplomat Almaniya tərəfindən “persona non qrata” (arzuolunmaz şəxs) elan edilib.

Rusiya cavab olaraq Moskvada xidmətdə olan iki alman diplomatı deportasiya etməklə kifayətlənməyərək Polşa və Almaniyaya verilən təbii qazı kəsib.

Rusiya Prezidenti Vladimir Putinin müvafiq əmri ilə Moskvanın Belarus üzərindən Polşa və Almaniyaya çatdırdığı təbii qaz işgüzar səbəblərə görə dayandırılıb.

Rəsmi Moskvanın bu addımlarından sonra Niderlandda təbii qazın qiyməti 37% bahalaşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 151}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22