fim.az

Məşhur reper Qarabağla bağlı dediklərinə görə üzr istədi: "İçkili olmuşam, bağışlayın"

13-01-2022, 13:18

Məşhur reper Qarabağla bağlı dediklərinə görə üzr istədi: "İçkili olmuşam, bağışlayın"


44 günlük müharibə zamanı azərbaycanlıları təhqir edən tanınmış rus reperi Aleksandr Timartsev (Restorator) üzr istəyib.

“Lenta.ru” məlumatına görə, reper instaqramda paylaşdığı videoda deyib: “Azərbaycanın bütün sakinləri qarşısında üzr istəyirəm. Yalnız sevgi və hörmət. Mən çox içmişdim, bunu dediyimi xatırlamıram. Sizi çox sevirəm, məni bağışlayın. Bilmirəm ki, bunu niyə demişəm. Bir daha üzr istəyirəm”.

2020-ci ildə çəkilmiş və “TikTok” və bir sıra teleqram kanallarında yayılmış videoda A.Timartsev azərbaycanlıları diz çökməyə və Qarabağı Ermənistana verməyə çağırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 95}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400