fim.az

Sarkisyanın səlahiyyətlərini o icra edəcək

24-01-2022, 09:40

Sarkisyanın səlahiyyətlərini o icra edəcək



İstefa verən Ermənistan Prezidenti Armen Sarkisyanın səlahiyyətlərini Ermənistan Milli Assambleyasının (parlamentinin) sədri Alen Simonyan icra edəcək.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, o, bu işi növbədənkənar seçkilərə qədər həyata keçirəcək.

Ermənistan konstitusiyasına görə, növbədənkənar prezident seçkiləri 25 və 35 gündən gec olmayaraq keçirilir.

Qeyd edək ki, prezident parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 186}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22