fim.az

Çin də bu ölkəyə daxil olacaq - Tramp əmindir

3-03-2022, 16:00

Çin də bu ölkəyə daxil olacaq - Tramp əmindir


ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, Çin Tayvanı işğal edəcək.

Bunu Tramp “Fox Business”ə müsahibəsində deyib.

“Çünki onlar ABŞ-ın necə axmaq idarə edildiyini görürlər. Onlar görürlər ki, bizim liderlər bacarıqsızdırlar. Əlbəttə hesab edirlər ki, artıq vaxtıdır”, - Tramp qeyd edib.

Bayden administrasiyasının yürütdüyü siyasəti, qoşunların Əfqanıstandan çıxarılmasını yanlış addım hesab edən Tramp bildirib ki, Çin rəhbəri Si Tsinpin indi əsas diqqətini ABŞ-da yürüdülən siyasətə yönəlib.

“O, Əfqanıstanda baş verənlərə, bizim Əfqanıstanı necə tərk etdiyimizə və geridə 85 milyard dollar və ölüm qoyduğumuzu, hələ də çıxmağa çalışan Amerika vətəndaşlarını orada qoyduğumuzu görür. Bunu gördüyü üçün hesab edir ki, uzun müddətdir etdiyini həyata keçirməyin zamanıdır... Çin onilliklərdir ki, bunu etmək istəyir”, - o əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 174}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22