fim.az

Ərəb liderlər Baydendən imtina ediblər

9-03-2022, 15:30

Ərəb liderlər Baydendən imtina ediblər


Vaşinqtonun Rusiyaya qarşı qarşıdurmaya beynəlxalq dəstəyi gücləndirməyə çalışdığı bir vaxtda Ağ Ev ABŞ prezidenti Co Bayden ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin “de-fakto” liderləri arasında telefon danışıqlarını təşkil etmək cəhdi uğrusuz alınıb.

“Wall Street Journal” xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və BƏƏ-nin Şeyxi Məhəmməd bin Zayed hər ikisi Baydenlə danışmaqdan imtina ediblər.

Mətbu orqanının yazdığına görə, bununla belə, şahzadə və şeyx keçən həftə Rusiya prezidenti Vladimir Putinlə, həmçinin Vladimir Zelenski ilə danışıblar.

Nəşrin məlumatına görə, BƏƏ və Səudiyyə Ərəbistanı neft hasilatını artırmaqdan imtina edir və OPEK və Rusiyanın başçılıq etdiyi istehsalçılar qrupunun təsdiq etdiyi plana sadiq qalır.

Rəsmilər Əbu-Dabi və Ər-Riyadın husilərin Yəməndəki raket zərbələrinə ABŞ-ın “təmkinli” cavabından və İranla nüvə sazişinin dirçəldilməsindən narahat olduqlarını bildiriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 178}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22