fim.az

Türkiyə və Qazaxıstan da Rusiyaya qarşı sanksiyalara qoşuldu

11-03-2022, 10:40

Türkiyə və Qazaxıstan da Rusiyaya qarşı sanksiyalara qoşuldu


Türkiyənin “Pegasus” aviaşirkəti Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı tətbiq edilən anti-Rusiya sanksiyaları fonunda martın 13-dən 27-dək Rusiyaya və Rusiyadan uçuşları dayandırıb.

“Bu barədə aviaşirkətin rəsmi saytında yerləşdirilən məlumatında deyilir.

“Aİ-nin 2022/328 saylı qaydalarına uyğun olaraq, Rusiya Federasiyasına və Rusiya Federasiyasından gedən uçuşların sığortası, təkrar sığortası, lizinqi, istismarı, texniki xidməti ilə bağlı sanksiyalar və məhdudiyyətlər tətbiq edilir. Bu şərtlərdə əməliyyat riskləri səbəbindən bütün uçuşlarımızda Rusiya Federasiyasına isə 2022-ci il martın 13-dən 27-dək dayandırılıb”, - aviaşirkətin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, bu müddət ərzində Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara tarixlər üçün bilet almış sərnişinlər onları ya pulsuz dəyişdirə, ya da pulunu geri ala bilərlər.

Qazaxıstanın “Air Astana” aviaşirkəti də sığorta təminatının dayandırılması ilə əlaqədar Rusiyaya uçuşları dayandırdığını açıqlayıb

“Air Astana” aviaşirkətinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda deyilir ki, “Air Astana” təəssüflə Rusiyadan və Rusiyaya, onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar bu istiqamətdə bütün uçuşlar dayandırılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 208}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22