fim.az

Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

18-03-2022, 11:35

Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü


Avropa Parlamenti Zelenskinin 2022-ci ildə Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Bir sıra avropalı siyasətçilər Vladimir Zelenskiyə 2022-ci ildə Nobel Sülh Mükafatı verilməsi təşəbbüsü ilə çıxış ediblər.

Hazırkı və keçmiş siyasətçilər, Avropa Parlamentinin üzvləri Norveç Nobel Komitəsindən 2022- ci il Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi prosedurunu nəzərdən keçirməyi və Vladimir Zelenskini siyahıya əlavə etməyə vaxt tapması üçün müraciət müddətini uzatmağı xahiş ediblər. Baxmaraq ki, ərizələrin qəbulu artıq başa çatıb.

“Biz Komitəyə Prezident Zelenskinin və Ukrayna xalqının Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinə icazə vermək üçün Nobel Sülh Mükafatına namizədlik prosedurunun 2022-ci il martın 31-dək uzadılması xahişi ilə müraciət edirik”, - deyə siyasətçilərin müraciətində deyilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 164}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22