fim.az

Putini sarsıdacaq qərar: Bu gün elan olunacaq

6-04-2022, 10:24

Putini sarsıdacaq qərar: Bu gün elan olunacaq


Bu gün Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul ediləcək.

Xarici KİV xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında danışıb. O, Kiyev yaxınlığındakı Buça şəhərində mülki şəxslərin cəsədlərinin tapılmasından sonra Avropa ilə eyni vaxtda Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları bu gün elan edəcəklərini bildirib.

"Bu sanksiyalar Rusiya dövlət rəsmilərini, ailə üzvlərini, Rusiya dövlətinə bağlı qurum və təşkilatları hədəf alacaq" - sözçü deyib.

Psaki sanksiyalar paketinin Rusiyaya qarşı investisiya məhdudiyyətlərini ehtiva edəcəyinə diqqət çəkib.

Sözçü Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın hələ də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü olması ilə bağlı tənqidinə də münasibət bildirib:

"Rusiyanın hələ də BMT TŞ-nin daimi üzvü olması ilə bağlı Zelenskinin məyusluğunu bölüşürük və bunda heç bir dəyişiklik görmürük. Hazırda biz Ukraynaya bir çox sahələrdə yardım göstərməyə çalışırıq. Bunlardan biri də Ukraynaya birbaşa hərbi texnika verməkdir ".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 160}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22