fim.az

Ukrayna son sutkada məhv etdiyi Rusiya texnikasının sayını açıqladı

11-05-2022, 11:08

Ukrayna son sutkada məhv etdiyi Rusiya texnikasının sayını açıqladı


Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyaya məxsus “Orlan-10” tipli dörd PUA-nı vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hücum qoşunlarının briqadalarından biri Rusiyanın bir Mi-24 helikopterini məhv edib.

Donetsk və Luqansk vilayətində Ukrayna müdafiəçiləri düşmənin 12 hücumunu dəf edib, 12 tankı, 4 artilleriya sistemini, 19 zirehli döyüş maşını, 7 avtomobili və 2 ədəd xüsusi mühəndis texnikasını məhv ediblər"- məlumatda qeyd edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 232}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22