fim.az

Krım körpüsü partladılıb, Vladimir Putin xüsusi komissiya yaradıb - YENİLƏNİB -FOTO/VİDEO

8-10-2022, 12:07

Krım körpüsü partladılıb, Vladimir Putin xüsusi komissiya yaradıb - YENİLƏNİB -FOTO/VİDEO


Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Report bildirir ki, bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, V.Putin hadisə ilə bağlı Rusiyanın Baş naziri Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.
D.Peskov söyləyib ki, Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.

Bundan başqa, Rusiyanın Terrorla Mübarizə Komitəsi Krım körpüsündə baş verən partlayışın ilkin səbəbini açıqlayıb. Qurumdan bildirilib ki, körpüdəki 7 yanacaq çənininin yanmasının səbəbi yük maşınının partladılması olub.

***

Krım körpüsündə yük maşınının partlaması nəticəsində körpünün iki avtomobil keçidi qismən dağılıb və yanacaq dolu qatar çəni yanıb.

“Rbc xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Antiterror Komitəsi məlumat yayıb.

Rusiya Milli Antiterror Komitəsi iddia edir ki, yük maşını partladıldıqdan sonra Krım körpüsündə yanacaq olan qatar alovlanıb.

“Krım körpüsündə yük maşını partladılıb... Bu, dəmir yolu qatarının yeddi yanacaq çəninin yanmasına səbəb olub. Körpünün iki avtomobil aşırımı qismən dağılıb” – məlumatda bildirilir.


Krım körpüsünün partladılması nəticəsində körpünü bir hissəsi dağılıb, dəmiryol keçən hissəində isə yanacaq dolu qatar çəni yanır.

“Artıq bu barədə rus və Ukrayna mediasında məlumat gedib.
Krım rəhbərinin müşaviri Oleq Kryuçkovun sözlərinə görə, ilkin məlumatlara əsasən Krım körpüsünün hissələrinin birində yanacaq çəni yanır, naviqasiya tağları zədələnməyib.
“Səbəblər və nəticələr barədə danışmaq hələ tezdir. Yanğının söndürülməsi üçün işlər aparılır” - Kryuçkov Telegram kanalında yazıb. Krım Avtomobil Yolları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Krım körpüsü ilə avtomobillərin hərəkəti dayandırılıb:

“Kerç boğazı üzərindən nəqliyyat keçidində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb, Fövqəladə Hallar Nazirliyinin və yol xidmətinin əməkdaşları işləyirlər. Hadisə yerində yanğın lokallaşdırılır”.

Hadisənın hansı səbədən baş verməsi ilə bağlı hələlik rəsmi məlumat verilmir.
Bir sıra medianın və sosial şəbəkə istifadəçilərinin yazdığına görə, körpünü Ukrayna tərəfi partladıb. Onlar bunu Putinin doğum gününə hədiyyə kimi dəyərləndirir.



Krım körpüsü partladılıb, Vladimir Putin xüsusi komissiya yaradıb - YENİLƏNİB -FOTO/VİDEOKrım körpüsü partladılıb, Vladimir Putin xüsusi komissiya yaradıb - YENİLƏNİB -FOTO/VİDEO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 151}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22