fim.az

İki ölkə arasında tarixi gün: 27 il sonra ilk dəfə Türkiyəyə gələcək

23-11-2022, 11:52

İki ölkə arasında tarixi gün: 27 il sonra ilk dəfə Türkiyəyə gələcək


27 il sonra ilk dəfə Türkiyəyə gələcək
Kuba prezidenti Migel Mario Diaz-Kanel Bermudes Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə gəlir.

Türkiyə mətbuatı xəbər verir ki, noyabrın 24-dək Türkiyədə qalacaq olan Bermudezin səfəri iki ölkə arasındakı əlaqələr baxımından xüsusi əhəmiyyət kəsb edir.
Kanel 27 ildən sonra Türkiyəyə gələn ilk Kuba prezidenti olacaq. Sabah Ankarada keçiriləcək rəsmi görüşlərdə Türkiyə-Kuba münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq birgə addımlar müzakirə olunacaq.

Kaneli səfərdə baş nazirin müavinləri, xarici işlər naziri, xarici ticarət və xarici investisiyalar naziri, energetika və mədənlər naziri və ictimai səhiyyə naziri müşayiət edəcək.

Qeyd edək ki, Fidel Kastronun 1995-ci ildə Türkiyə ilə təması Kubadan Türkiyəyə bu səviyyədə ilk səfər idi.

Ərdoğanın 10-11 fevral 2015-ci il tarixlərində Kubaya səfəri Türkiyədən Kubaya prezidentlər səviyyəsində ilk səfər olub.

Bundan sonra isə iki ölkə arasında 2017 və 2019-cu illərdə nazirlər səviyyəsində qarşılıqlı səfərlər təşkil edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 162}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22