fim.az

Qüdsdə ardıcıl partlayışlar: yaralananlar var

23-11-2022, 12:20

Qüdsdə ardıcıl partlayışlar: yaralananlar var


Qüdsün şəhərində iki fərqli nöqtədə ardıcıl partlayışlar baş verib.

Xarici KİV xəbər verir ki, İsrail polisinin verdiyi yazılı açıqlamaya görə, yerli saatla saat 07:00 radələrində Qərbi Qüdsün girişində yerləşən Givat Şaul bölgəsində avtobus dayanacağında partlayış baş verib.

Partlayış nəticəsində 11 mülki vətəndaşın yaralandığı bildirilib.

Yarım saat sonra Yerusəlimin başqa bir girişi olan Ramot qovşağında avtobus dayanacağı yaxınlığında növbəti partlayış baş verib və 3 nəfər yaralanıb.

Faktlarla bağlı araşdırma aparılır.

İsrail mediası partlayışların çantaya yerləşdirilən partlayıcının işə salınması nəticəsində baş verdiyini bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 137}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22