fim.az

Ukraynadakı AES-lə bağlı həyəcan təbili: "Getdikcə təhlükəli hal alır"

24-11-2022, 11:59

Ukraynadakı AES-lə bağlı həyəcan təbili: "Getdikcə təhlükəli hal alır"


Rusiya Ukraynada mühüm infrastruktur obyektlərinə hücumlarını gücləndirdikdən sonra təhlükəsizlik təhdidləri yaranmağa davam edir.

Xarici KİV xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) verdiyi açıqlamada Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının milli elektrik şəbəkəsindən ayrıldığı bildirilib.

Agentlik generatorların işlək vəziyyətdə olduğunu açıqlayıb:

“Zaporojye AES-də nüvə təhlükəsizliyi vəziyyəti getdikcə daha təhlükəli hala gəlir" - məlumatda qeyd edilib.

MAQATE-nin əməkdaşları bildirirlər ki, hazırda 6 reaktor təhlükəsiz və dayanıqlıdır. İki reaktor isti, 4 reaktor isə soyuq bağlanma rejiminə salınıb.

Qeyd edək ki, bundan əvvəl Xmelnitski AES və Cənubi Ukrayna AES Rusiyanın raket hücumları səbəbindən milli elektrik şəbəkəsindən ayrılmışdı. Ukrayna Ali Şurasının üzvü Oleksiy Honçarenko Ukraynanın cənub-qərbində ikinci ən böyük atom elektrik stansiyası olan Cənubi Ukrayna AES-in enerji bloklarının fövqəladə vəziyyətə uyun olaraq qapadıldığını bəyan etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 76}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22