fim.az

“Şok oldum, insanları zombiləşdirirlər” – Yəhudi din xadimi

24-11-2022, 13:30

“Şok oldum, insanları zombiləşdirirlər” – Yəhudi din xadimi


“Təl-Əvivlə Kiyev arasında problemlərin olmasına baxmayaraq İsrail Ukraynaya kömək etməyə hazırdır. Burada isə Ukrayna İsrailə qarşı çıxır. Bu, işimizi sıfıra endirə bilər. Ukraynanın buna çox ehtiyacı var...”

Bu barədə Ukraynanın ravvini Moşe Asman “YouTube” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün İsraildə rus mediası işləyir və insanları zombiləşdirirlər.

“Yaxşı haldır ki, bir çox insanlar alternativ məlumat mənbələrindən istifadə edirlər. Mən Təl-Əvivdə Ukraynaya dəstək mitinqində idim və hansı dildə danışacağımı soruşdum. Çünki Rusiyadan çoxlu mühacir var idi. Mən onların Ukraynaya dəstək verməsinə təəccübləndim. Sonra anladım ki, onlar Rusiyanın nə olduğunu başa düşdükləri üçün oranı tərk ediblər”, - ravvin qeyd edib.

O qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi təcavüzü faşistlərin törətdiklərindən heç nə ilə fərqlənmir: “Biz bunun Buça və Stoyanka yaxınlığındakı Anatevka yəhudi qəsəbəsində şahidi oldum. Rus qoşunları mülki avtomobilləri güllələyiblər. Onlar faşistlər haqqında kitablardakı kimi davranırdılar. Onlar cəzalandırıcı kimi davrandılar. Şəxsən mənim üçün şok oldu. Mən SSRİ-də böyümüşəm, antifaşist kitablar üzərində tərbiyə almışam və alman faşistləri kimi vəhşilikləri görəndə anladım ki, dünya alt-üst olub. Bu, bütün dünyanı məhv edəcək qədər dəhşətli bir pislikdir. Müharibə olacağını anlayırdım, amma belə bir miqyasda olacağını təsəvvür edə bilməzdim”.

O hesab edir ki, zəruri infrastrukturlara və obyektlərə məqsədyönlü zərbələr vurmaqla, insanları aclıq, soyuqla imtahana çəkmək istəyir: “Düşünürlər ki, insanlar dərhal təslim olmaq üçün qaçıb qul, təhkimli olmağı xahiş edəcəklər. Bu insanlar təslim olmayacaqlar. Ukrayna xalqı qürurlu xalqdır. Rusların etdikləri isə əks nəticəyə gətirib çıxarır. Heç kim sovet əsarətinə keçmək istəmir. İnsanlar azad həyat yaşamaq istəyirlər və yaxşılıq şərə qalib gələcək. Dünya Ukraynanın yanındadır və hər şey yaxşı olacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 242}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22