fim.az

2023-cü ilə proqnozlaşdırılan fəlakətlər: Türkiyə ilə bağlı məqam da var

30-11-2022, 14:22

2023-cü ilə proqnozlaşdırılan fəlakətlər: Türkiyə ilə bağlı məqam da var


Böyük Britaniyanın “The Economist” jurnalı 2023-cü ildə baş verə biləcək hadisələrlə bağlı material hazırlayıb.

“The Economist”in proqnozlarına görə, iqtisadi problemlər və geosiyasi gərginlik 2023-cü ildə də dünyanın əsas gündəmi olmaqda davam edəcək.

Nəşr növbəti il üçün iqtisadi proqnozlarını da sadalayıb. Qeyd olunub ki, enerji qiymətləri, inflyasiya, yüksək temperatur, quraqlıq, yüksək faiz dərəcələri, iqtisadi artım və ərzaq qıtlığı Ukraynadakı münaqişənin yaxın aylarda necə inkişaf edəcəyindən asılıdır. Ukraynanın sürətli irəliləməsi Vladimir Putini təhdid edə bilər, lakin vəziyyətin dalana dirənməsi ən çox ehtimal olunan nəticə kimi görünür.

Rusiya diqqətini Ukraynadakı müharibəyə yönəltdikcə, başqa yerlərdə münaqişə riski artır və başqa toqquşmalar baş verir.

“The Economist”in təxminlərinə görə, Çin düşünə bilər ki, Tayvana qarşı hərəkət etmək üçün daha yaxşı vaxt olmayacaq. Qeyd olunur ki, belə bir vəziyyətdə Himalay dağlarında Hindistan-Çin gərginliyi də arta bilər.

Bundan əlavə, siyahıda Türkiyə ilə bağlı məqamlara da yer verilib. Jurnalın yazdığına görə, Egeydə Türkiyə-Yunanıstan gərginliyindən sonra Türkiyənin müdaxiləsi ola bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 146}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22