fim.az

Nə Putin, nə də Zelenski buna hazırdır - MKİ-nin sabiq şefi

1-12-2022, 13:57

Nə Putin, nə də Zelenski buna hazırdır - MKİ-nin sabiq şefi


ABŞ və Avropa ölkələri münaqişə bitdikdən sonra Rusiya və Ukrayna arasında dialoqda iştirak edəcək.

“Bunu Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ-CIA) keçmiş rəhbəri, general Devid Petreus “Tagesspiegel” qəzetinə açıqlamasında Qərbin müharibədən sonrakı planları haqqında danışarkən deyib.

“Ukraynadakı döyüşlər danışıqlar yolu ilə bitəcək. Bununla belə, nə Vladimir Putin, nə də Volodimir Zelenski hazırda danışıqlara başlamağa hazırdır. Vaxtı gələndə ABŞ, Aİ, Böyük Britaniya və digər ölkələrin liderləri həll yolu yaratmaq və həyata keçirmək üçün Ukrayna və Rusiya ilə işləyəcəklər”, - o qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 265}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22