fim.az

Etirazlar təsirini göstərdi: Çin karantin məhdudiyyətlərini yumşaldacaq

3-12-2022, 11:33

Etirazlar təsirini göstərdi: Çin karantin məhdudiyyətlərini yumşaldacaq


Antikovid etirazları Çində son illərdə baş vermiş ən böyük vətəndaş itaətsizliyinin nümayişinə çevrildi.

Oxuaz xəbər verir ki, Çin yaxın günlərdə COVID-19 karantin protokollarının yumşaldılacağını, həmçinin kütləvi testlərin azaldılacağını elan etməyə hazırlaşır. Bu qərar qəzəbli ictimaiyyətin geniş etirazlarından sonra siyasətdə əhəmiyyətli dəyişiklik hesab olunur.

Çində koronavirusa yoluxma sayı rekord səviyyəyə yaxın olaraq qalır, lakin dəyişikliklər müşahidə olunur. Belə ki, bəzi şəhərlərdə son günlər təcrid olunma halları ləğv edilir. Yüksək səviyyəli ölkə rəsmisinin sözlərinə görə, virusun xəstəliyə yoluxdurma gücü azalır.

Çin səhiyyə orqanları öz ərazilərində məhdudiyyətlərin yumşaldıldığını elan edir, lakin vətəndaş etirazları barədə heç nə demirlər.

İctimaiyyətə açıqlanacaq tədbirlər kütləvi testlərin və müntəzəm nuklein turşusu testlərinin azaldılmasını nəzərdə tutur. Həmçinin koronavirus testi müsbət olan insanların və onların yaxınlarının müəyyən şərtlər altında evdə özünü təcrid etməsinə imkan verən addımların tətbiqi planlaşdırılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 240}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22