fim.az

"Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm" - Donald Tramp

6-03-2023, 11:40

"Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm" - Donald Tramp


“Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə adam mənəm”.

Xarici KİV xəbər verir ki, bunu sabiq ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Mühafizəkarlar Birliyinin konfransında çıxış edən Tramp həmçinin Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra biləcəyini iddia edib.
Hazırda ABŞ-ın müstəqil bir ölkə olmadığını deyən Tramp sözlərinə belə davam edib:

“Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. Zülmə məruz qalan və xəyanətə uğrayanlar, sizin intiqamınızam”.

Sabiq prezident xələfi Co Baydeni də tənqid edərək “Onu Ağ Evdən çıxaracağıq” söyləyib.

D.Tramp ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə çıxdığını deyərək, ölkəsinin orada qoyduğu silahları Talibanın başqa ölkələrə satdığını iddia edib.

Qeyd edək ki, D.Tramp ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 225}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22