Baş separatçı Araik Arutyunyan da istefaya gedir - Paşinyanla Arutyunyan arasındakı danışıqların şok detalları
Martın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanla xankəndindəki baş separatçı Araik Arutyunyan arasında çox gərgin bir görüş baş tutub.
“Hraparak” xəbər verir ki, Arutyunyan yaxın çevrəsinə Paşinyanla keçirdiyi çətin görüşün detalları barədə məlumat verib.
Bildirib ki, Paşinyan da Bakının Xankəndindəki ermənilərə ünvanladığı şərtləri təkrarlayıb. “Paşinyanın fikrincə, Qarabağ erməniləri Azərbaycanla inteqrasiya olunmalı və onlarla anlaşaraq birgə yaşamalıdır. Bunun başqa alternativ yoxdur. Alternativ müharibədir. Bu da Qarabağ ermənilərinin məhv edilməsi deməkdir”- Arutyunyan bildirib.
Xankəndinə dönən Arutyunyan ətrafına onu da bildirib ki, artıq “prezident” vəzifəsində qalmaq istəmir. Maraqlıdır ki, dünən Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsi konstitusiya dəyişiklikləri layihəsini müzakirə edib və müsbət nəticə verib.
Siyasi dairələrdə hesab edirlər ki, bu dəyişikliklər nəticəsində Arutyunyan “prezident” kreslosunu başqasına vermək istəyir.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti