fim.az

Tramp digər namizədləri xeyli qabaqlayır

17-05-2023, 09:23

Tramp digər namizədləri xeyli qabaqlayır


2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürən keçmiş prezident Donald Tramp ən yaxın rəqibi Florida ştatının qubernatoru Ron DeSantisi 43 xal qabaqlayır.

“Bunu “Morning Consult”un Respublikaçıların praymerizləri arasında keçirdiyi sorğu göstərir.

2024-cü il prezident seçkiləri üçün Respublikaçılar Partiyasında namizədlərin və mümkün adların soruşulduğu sorğuda iştirakçıların yüzdə 61-i Trampı seçib, keçmiş prezidentin partiyada ən yaxın rəqibi olaraq görülən qubernator DeSantis isə 43 səs geriləyərək 18 faizdə qalıb.

Sorğuda keçmiş vitse-prezident Mayk Pens 6 faiz, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş daimi nümayəndəsi Nikki Heyli və respublikaçı namizəd Vivek Ramasvami isə 4 faiz səs toplayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 126}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22