"Afrikada insanlar acından ölür" mifi dağılır? - Qərblə Şərqin mübarizəsi qızışır - VİDEO
“Bu qədər zənginliyə sahib olan Afrika bu gün necə dünyanın ən kasıb qitəsi ola bilər?”
Burkino Fasonun müvəqqəti dövlət başçısı İbrahim Traorenin söylədiyi bu sözlər son günlər bütün dünyada müzakirələrə səbəb olub.
NATO qoşunları Afrikadan çıxarılır, burada qərb yönümlü liderlər devrilərək Rusiya, Çin, İran, Hindistan və Səudiyyə Ərəbistanının dəstəklədiyi liderlər hakimiyyətə gəlir.
Afrika ölkələrində davam edən çevrilişlər fonunda qərblə şərq arasında qalan bu qitənin taleyi isə sual doğurur.
Mövzu ilə bağlı danışan politoloq Turan Rzayev 2010-cu ildən dünyada çoxqütblü modelə keçid edildiyini və bu mübarizənin Afrika qitəsində getdiyini bildirib. Onun sözlərinə görə, bu gün Avropada müşahidə olunan rifah Afrikada aparılan müstəmləkəçilik siyasətinin nəticəsidir.
Politoloq deyir ki, bu gün Asiya və Şanxay Əməkdaşlıq Təşkilatı Ölkələri Qərbin Afrikadakı mövqelərini sıxışdırmağa çalışır.
Ekspert NATO ölkələrinin Afrikadan birdən-birə çıxarılmasının ziyanlı ola biləcəyini düşünür.
Turan Rzayev onu da əlavə edib ki, indiki məqamda Afrika ölkələrinin Qərb və Şərq bloku arasıında qalması onlar üçün yaxşı heç nə vəd etmir.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti