fim.az

“Bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır”

18-10-2023, 14:02

“Bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır”


“Bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Təl-Əvivdə rəsmi səfərdə olan ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.

“İsrail özünü müdafiə etmək üçün nə lazımdırsa, edə bilər. Anladığım qədəri ilə Qəzzada xəstəxananı İsrail bombalamayıb”, - Bayden əlavə edib.

ABŞ Prezidenti daha sonra əlavə edib: “Biz nəzərə almalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir və onlara sadəcə ağrı-əzab gətirir”.

Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu israilli hərbçilərin xəstəxanaya zərbə endirmədiyini açıqlayıb. Fələstin Prezidenti Mahmud Abbas isə, öz növbəsində hücumun İsrail tərəfindən edildiyini bəyan edib. İnsidentlə bağlı Fələstində 3 günlük matəm elan edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 196}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22