fim.az

Tramp Terminatora bənzəyir - Derrok

12-02-2024, 09:54

Tramp Terminatora bənzəyir - Derrok


Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Derrok ABŞ prezidentliyinə iki namizəd - Donald Tramp və Co Baydeni müqayisə edərək, birincinin daha inamlı göründüyü qənaətinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə diplomat “Skay Nyus” telekanalına açıqlamasında deyib.

Derrokun sözlərinə görə, həm Tramp, həm də Bayden təbii olaraq yaddaş problemləri olan yaşlı insanlardır. Bununla belə, diplomat hesab edir ki, yaş demokrat namizədin səhhətinə daha çox təsir edib.

“Trampda sarsılmaz bir şey var, o, Terminatora bənzəyir. Onun büdrədiyini və ya Bayden kimi yaşlı və zəif göründüyünü təsəvvür edə bilməzsiniz”, - deyə Derrok bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 208}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22