fim.az

Paşinyan Putinin İrəvanda mümkün həbsini şərh edib: Həbs işinə məhkəmə baxır

12-02-2024, 10:04

Paşinyan Putinin İrəvanda mümkün həbsini şərh edib: Həbs işinə məhkəmə baxır


Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

“Report” xəbər verir ki, bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib.

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına Baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 101}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:070 511 44 00