fim.az

NATO lideri iki ildən sonra ETİRAF ETDİ: "Böyük boşluqlar var, hazır deyilik"

10-07-2024, 09:24

NATO lideri iki ildən sonra ETİRAF ETDİ: "Böyük boşluqlar var, hazır deyilik"


"Ukraynadakı münaqişə NATO-nun döyüş hazırlığında böyük boşluqları üzə çıxarıb".

Bunu Alyansın baş katibi Yens Stoltenberq münaqişənin başlamasından iki il sonra təşkilatdakı işlərin vəziyyətini şərh edərkən deyib.

Stoltenberq deyib ki, 2022-ci ildən NATO qüvvələrinin döyüş hazırlığı və uyğunluğunda əhəmiyyətli boşluqlar aşkar edilib və bu boşluqlar tezliklə kompensasiya edilməlidir. Son iki ildə bunun niyə edilmədiyi açıqlanmır.

Nümunə kimi o, hərbi əməliyyatlar zamanı birgə hərəkətlərə hazır olmalı olan Almaniya-Niderland briqadası ilə bağlı vəziyyəti göstərib.

“Lakin reallıqda Niderlandın malik olduğu standart 155 mm-lik sursat alman haubitsalarında və əksinə istifadə üçün uyğun deyil”, - NATO-nun baş katibi bildirib.(Publika.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 158}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22