» » Amerika Suriya kürdlərini Türkiyədən qorumaqda qətiyyətlidir –Təhlil

Amerika Suriya kürdlərini Türkiyədən qorumaqda qətiyyətlidir –Təhlil

  • 30-04-2017, 10:44
  • dunya
  • 113
Amerika Suriya kürdlərini Türkiyədən qorumaqda qətiyyətlidir –Təhlil
















İqor Subbotin

NG.ru, 29.04.2017

Amerika qoşunları Türkiyəni bu günlərdə Suriya kürdlərinin mövqeyinə zərbəsi fonunda Suriya-Türkiyə sərhədinin bir hissəsində patrulluq etməyə başlayıb. Bunu kürd təmsilçilət və dolayısı ilə Pentaqon təsdiq edib. Sərhəddə bu cür güclənməyi Ankara qüvvələri və kürd hərbi birləşmələri arasında toqquşmanı dəf etmək cəhdi kimi nəzərdən keçirmək lazım gəlir. Ehtimal ki, Amerika müdafiə idarəsinin Suriyanın şimalındakı addımları Vaşinqtonla Ankaranın münasibətlətrini pisləşdirəcək.

Suriya Kürdüstanı rəsmisi İlham Əhməd Associated Press agentliyinə məlumat verib ki, Amerika qoşunları cümə axşamı günündən bu həftə Türkiyə hücumlarına məruz qalmış sərhəd rayonlarında gözətçilik etməyə başlayıb. Buna paralel olaraq ərazi üzərində kəşfiyyat uçuşları aparılır.

Əhməd jurnalistlərə izah edib ki, hərbi qüvvənin cəbhə boyu düzülməsi müvəqqəti xarakter daşıyır, lakin gərəksə, daimi ola bilər.

Bundan başqa, Əhməd “Washington Post”-da eyniadlı rubrika üçün öz fikirlərini şərh edib: “Ərdoğan ABŞ-ın əsil müttəfiqi olsaydı, özünümüdafiə dəstələrinin hazırda 1000-dən çox Amerika hərbi heyətinin yerləşdiyi qərargahlarını bombalamaq əvəzinə birbaşa Türkiyə sərhədinin yanında İdlibdə öz bazalarını salmış “Əl-Qaidə”nin məhvi ilə məşğul olardı”.

Əhməd Ankaranın kürd ərazilərindən Türkiyə ərazisinə zərbələr endirildiyi haqda ittihamlarını əsassız adlandırıb.

Amerika müdafiə idarəsinin rəsmi təmsilçisi kapitan Ceff Devis Suriya kürdlərininə tabe rayonlarda sərhədyanını gücləndirmək faktını təkzib etməyib, lakin bu məsələyə heç bir konkretlik gətirməyib. Hərbi məmur bildirib: “Suriyanın şimalına yerləşdirilmiş Amerika hərbçiləri var və “Suriya Demokartik Qüvvələri” ilə birgə işləyirlər. Sərhədyanı zolaq bu zonalardan biridir”.

Kürdüstan Milli Konqresinin üzvü Fərhad Patiyev “NG” ilə söhbətdə patrulluq haqda məlumatı təsdiqləyib və dəqiqləşdirib ki, türklərin hərbi fəallığının qeydə alındığı Dərbəsiyə rayonunda (Suriyanın şimali-qərbi) Amerika qoşunlarının cəmləşməsi müşahidə olunur. Patiyev bildirib: “Türkiyə bu sahədə onu Rojavadan ayıran, əvvəllər tikilmiş divarı dağıdıb və Suriya Kürdüstanı ərazisinə tanklar göndərib”.

“NG”-nin həmsöhbətinin sözlərinə görə, cihadçılarla mübarizədə Qərb ölkələrinin əsas yerüstü qüvvə kimi yanaşdığı Suriya kürdləri Türkiyənin şimaldan zərbə endirdiyi bir vaxtda İŞİD-in Suriya “paytaxtı”na – Rakkaya hücuma qatılmaq istəmirlər. Patiyev xülasə edib: “Hazırda birinci növbədə potensial müdaxilə ərazisində üstün çıxmaq lazımdır”.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İstanbulda “Atlantik Şurası”nın energetika konfransında çıxış edərək növbəti dəfə bildirib ki, ölkəsi ABŞ-la münasibətlərdə yeni səhifəyə başlaya bilər, lakin Amerikanın kürd xalq özünümüdafiə dəstələrinə dəstəyi dövlətlər arasındakı həmrəyliyi pozur. Ərdoğan vurğulayıb ki, Türkiyədə terrorçu ünsürlər kimi qəbul edilmiş kürd hərbi birləşmələri Fərat çayının şərq sahilinə getməlidir./Strateq.az/
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət