Главная > dunya > Zirəddin Rzayev Rusiyada nazir ola bilər

Zirəddin Rzayev Rusiyada nazir ola bilər


27-11-2018, 13:28. Разместил: rasim
Zirəddin Rzayev Rusiyada nazir ola bilər















Sosial media izləyiciləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevə gələcəkdə magiya naziri olmağı təklif ediblər.

Dərgi.az xəbər verir ki, Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Nazirliyi təsis etmək təklifini irəli sürüb.

Zirəddin Rzayevə də nazir postunu tutmaq təklifi buradan qaynaqlanıb. Sosial şəbəkə izləyiciləri həmin nazirlik yaradılacağı təqdirdə, azərbaycanlı ekstrasensin nazir postuna ən layiqli namizəd olacağını bildiriblər.

Bu barədə Zirəddin Rzayev özünün “Instagram” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O, qeyd edib ki, Rusiya KİV-dən birinə müsahibə verib. Ekstrasens orada deputat Paleyevin sözlərinə münasibətini bildirib. Rzayevin sözlərinə görə, yaxın gələcəkdə bu təklif reallaşa bilər.

Zirəddin Rzayevin izləyiciləri dərhal nazir postuna onun namizədliyini dəstəkləyiblər. Yazıblar ki, yalnız o, bu nazirlikdə nazir postunu tuta bilər. Ekstrasens isə öz növbəsində etiraf edib ki, sözügedən nazirliyə rəhbərlik etmək niyyətində deyil.

Xatırladaq ki, bu günlərdə Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları süzgəcdən keçirmək üçün Maqlar Nazirliyi yaratmağı təklif edib.

Qeyd edək ki, Zirəddin Rzayev azərbaycanlı ekstrasens, öncəgörən, “Bitva ekstrasensov” (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.
Вернуться назад