Главная > dunya > Türkiyə parlamentində terrora cəhd olub – Təfərrüat

Türkiyə parlamentində terrora cəhd olub – Təfərrüat


15-05-2019, 11:39. Разместил: vasif
Türkiyə parlamentində terrora cəhd olub – Təfərrüat


Türkiyə Böyük Millət Məclisində terror aktının qarşısı alınıb.

ONA-nın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, ötən gün 2 nəfər zorla parlamentə daxil olmağa və qəbul şöbəsindəki əməkdaşı girov götürməyə çalışıblar. Daha sonra təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində həmin şəxslər saxlanılıb. Mulla Zincir ve Eylem Yücel adlı şəxslərin DHKP-C təşkilatı ilə bağlılıqları üzə çıxıb.

Axtarış zamanı kişi və qadının üzərində bombaya bənzər qara qutu və ucuna kəsici alət yapışdırılmış qələm aşkar edilib. Saxlanılan şəxslərdən birinin daha əvvəl terror aktı törətməyə hazırlıq maddəsi ilə axtarışda olduğu məlum olub.

O da müəyyən edilib ki, onlar CHP millət vəkili Mahmud Tanalın qəbuluna gəliblər. Mahmud Tanal sözügedən şəxslərin onun qəbuluna yazıldıqlarını təsdiqləyib.

Araşdırmalar davam etdirilir.
Вернуться назад