Главная > dunya > Əhməd Davudoğlu AKP-dən istefa verib
Əhməd Davudoğlu AKP-dən istefa verib13-09-2019, 15:43. Разместил: vasif |
Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verib. APA-nın Türkiyənin “Sözçü” qəzetinə istinadən verdiyi xəbərə görə, bununla bağlı sabiq Baş Nazir bəyanat yayıb. Ə. Davudoğlu ilə bərabər, bir neçə sabiq millət vəkili – Səlcuq Özdağ, Ayxan Səfər Üstün və Abdullah Başçı, habelə AKP-nın İstanul təşkilatının sabiq sədri Səlim Temurci də partiya üzvlüyündən istefa veriblər. Xatırladaq ki, bir müddət əvvəl sabiq Xarici İşlər naziri Əli Babacan da AKP-dən istefa verib. Вернуться назад |