fim.az

Əli Həsənov Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında "AT" oynadır - Prezidentin nəzərinə!

20-07-2018, 12:33

Əli Həsənov Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasında "AT" oynadır - Prezidentin nəzərinə!














Nəsimi rayon Tibbi Sosial Ekspertiza Komissiyasının müdiri Əli Həsənovla bağlı çoxsaylı ilginc məqalələr göndərilir. Məqalələrdə qeyd olunur ki, keçmiş nazir Səlim Müslümovun kadrı olan Əli Həsənov at oynadır!

Əli Həsənovun sədr olduğu bu qurumun fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi şəkildə təftiş olunmalıdır

Saytımızda şəhər və bölgələrimizdə fəaliyyət göstərən Tibbi Sosial-Ekspert Komissiyalarının (TSEK) fəaliyyətinə dair aldığımız şikayət ərizələri əsasında hazırlanmış bir neçə tənqidi material dərc olunub. Məlum olduğu kimi, bu gün əsaslı islahatlara böyük ehtiyac duyulan sahələrdən biri də məhz əhalinin sosial müdafiəsi ilə bağlıdır. Xüsusilə son vaxtlar bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti və bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Həqiqətən də bu gün bir çox TSEK-lərin fəaliyyətində kifayət qədər nöqsanlı məqamlar mövcuddur. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda Nəsimi rayonu 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyətində müşahidə olunan nöqsanlar barədə açıqlama verilir. İddia olunur ki, 3 saylı TSEK fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu müəssisələrdən biridir. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu müəssisənin rəhbəri Əli Həsənovun əməllərinə son qoyulması istiqamətində indiyədək heç bir tədbir görülməmişdir. Bu vəziyyətdən yararlanan TSEK sədri isə, rayonun sosial müdafiə sistemini nüfuzdan salmaqda hələ də davam edir. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda tibbi-sosial ekspert komissiyasının fəaliyyəti barədə bir sıra maraqlı məqamlar öz əksini tapır. Bildirilir ki, Nəsimi TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcəsi alan vətəndaşların sayı durmadan artır. Həmçinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə isə, Nəsimi TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq rayon sakinlərinin narazılıqlarını doğurmaqdadır. Aldığımız məlumatlarda da qeyd olunur ki, bu TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə, məlumatlarda 3 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500 manat, II qrup üçün 800-1000 manat, III qrup üçün isə 500 manat rüşvət verməlisən. Pulu olmayan fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi isə, süni şəkildə əngəllənir. Bütün bunları nəzərə alaraq, sakinlər redaksiyamıza ünvanlanan müraciətlərində Əli Həsənovun sədr olduğu 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi şəkildə təftiş olunması tələbini irəli sürürlər. Ümid etmək olar ki, nazirliyin təftiş komissiyası yuxarıda qeyd edilən faktları aşkarlamaqda heç bir çətinlik çəkməyəcəkdir.

Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 1015}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22