fim.az

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR

20-07-2018, 13:30

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR










İsmayıllı RİH 6 ayın yekunlarını müzakirə edib

İsmayıllı RİH-nin akt zalında 2018-ci ildə İsmayıllının sosial-iqtisadi inkişafının 6 aylıq yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncağı RİH-nin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə açıb. Hesabat məruzəsini RİH başçısının birinci müavini Rövşən Ağayev təqdim edib. Elektrik şəbəkəsinin rəisi Şahin Muradov, xalq sənətkarı Nəzər Əliyev, Kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov, Nikitin adına kolxozun müşahidə şurasının sədri Olqa Jabina çıxış ediblər.
Millət Vəkilləri Novruz Aslanovun və Tahir Kərimlinin çıxışları dinlənilib.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunub.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.


İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR


İsmayıllı şəhərinin Yuxarı baş məhəlləsində görüş-qəbul

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR










Yuxarı baş məhəlləsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib. Klubda keçirilən tədbiri giriş nitqi ilə açan Mirdaməd Sadıqov ölkənin sabitliyi və təhlükəsizliyi, davamlı inkişafı, əhalinin sosial həyatının daha da təminatlı olması üçün cənab Prezident İlham Əliyevin uğurlu daxili və balanslaşdırılmış xarici siyasətinin yüksək nəticələrindən ətraflı danışıb. Qeyd edib ki, İsmayıllı bütün icra və xidmət strukturları, hüquq mühafizə və ədliyyə orqanları ilə birgə Prezident İlham Əliyevin sərəncam, tapşırıq və göstərişlərini, Dövlət Proqramlarını məsuliyyətlə icra edir. Nəticələr də həyat fəaliyyətinin bütün istiqamətlərində özünü göstərir.
Giriş nitqindən sonra sözü, təklifi, şikayəti olan sakinləri diqqətlə dinləyən RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir məsələ ilə əlaqədar konkret tapşırıqlar verib. Əsasən yolların abadlaşdırılmasından, meyvə-tərəvəz satışı bazarında qayda yaradılmasından danışılıb. Sakinlərdən biri o fikri də səsləndirib ki, abadlığımızın daha geniş miqyas alması üçün bizim də vergiləri vaxtında ödəməklə fəal iştirakımız olmalıdır. Bazarın qarşısında “Saat meydanı” adına park salınıb. İctimai qınaq olmadığından “Saat meydanı”nın abadlığı və yaşıllığına xələl gətirmə halları vardır.
Görüş-qəbulda deyilənlər tam təfsilatı ilə yazılmadan qeyd edilməlidir ki, RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulda qaldırılan haqlı məsələlərin icrası üçün 20 iyul 2018-ci il tarixdə şəhər icra nümayəndəsinin, İsmayıllı bələdiyyəsi sədrinin, abadlıq-quruculuq işlərində iştirakı olan ASC və şirkət rəhbərlərinin, xidmət təşkilatlarının məsul işçilərinin iştirakı ilə müşavirə keçirib, konkret tapşırıqlar verib.

“Tərəqqi” sosial-iqtisadi araşdırmalar” ictimai birliyinin İsmayıllıda tədbiri

İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR









Tərəqqi” sosial-iqtisadi araşdırmalar” ictimai birliyi İsmayıllı şəhər uşaq-gənclər kitabxanasının akt zalında “Dini icmalarla qarşılıqlı əlaqə, İslam dini ekstermizm və radikalizmə qarşı” mövzusunda tədbir keçirib.
Mövzuya dair ictimai birliyin sədri İndira Şəmsvari məruzə edib.
Din xadimlərinin, veteranların, gənclərin, mədəniyyət və təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə veteran Valeh Salehov, İsmayıllı rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, jurnalist Lətifə Əliyeva, YAP rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev, “Cümə” məscidi icmasının sədri Vasif Teymurov, Talıstan dini icmasının sədri Abbas Əzizov və tarix müəllimi Əhməd Tahirov çıxış edib, radikal və qeyri ənənəvi dini cərəyanlara, təriqətlərə qarşı mübarizə yollarından, dini fanatizmdən uzaqlaşmağın imkanlarından danışıblar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bu günümüz və sabahımız üçün çox vacib olan mövzunu yüksək səviyyədə iştirakçılara çatdırdığına görə İB-in sədrinə təşəkkür edib, razılığını bildirib ki, çıxışçılar məsələyə əsil islami, dövlət və vətəndaş mövqeyindən yanaşıblar.
Sonda geniş fikir mübadiləsi, suallar əsasında maraqlı dialoq aparılıb.


İsmayıllı şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL+FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 948}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22