fim.az

Ceyhun Bayramov bu biabırçı mənzərədən xəbərdardırmı? - İTTİHAM

7-08-2018, 14:52

Ceyhun Bayramov bu biabırçı mənzərədən xəbərdardırmı? - İTTİHAM

















Sumqayıt şəhər İcra Hakimiyyətinə müavin təyin olunan Teymur Qırımxan oğlu Səmədov Sumqayıt Təhsil şöbəsində baş verən qanunsuzluqları himayə edir .
Bu iddia ilə Bakunews.az çıxış edib. Saytın məlumatına görə ,Teymur Səmədov şəhər təhsilində bir çox qanunsuzluqlara rəvac verən inspektoru Oktay Nuriyevi himayə etməklə bərabər,öz marağını da təmin etmiş olur.

Oktay Nuriyev isə şəhər təhsilində özbaşınalığın hökm sürməsində özünə münasib yardımçılar da tapıb. Çünki Təhsil Şöbəsinin bütün gəlirli "işləri" ona həvalə edilib.Şəhər məktəblərinə qəbulla bağlı bütün sənədlər O. Nuriyevin əlindən keçir, hər uşağa görə konkret məbləğ müəyyən edilib. Repetitor yanına gedən bütün yuxarı sinif şagirdlərindən aylıq haqq yığılır,məktəblərdə aparılan summativ qiymətləndirmə imtahanlarında yaxşı nəticə göstərən şagirdlərin qiyməti aşağı,əksnə bilik səviyyəsi aşağı olan şagirdlərə yüksək qiymət yazmaqla "bazar" açılır.Belə hallar isə Təhsil naziri Ceyhun Bayramovun və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun fəaliyyətinə kölgə salır -deyə bildirilir.

Hətta bir -birini əvəz edən Təhsil Şöbəsinin müdirləri də Oktay Nuriyevin öhdəsindən gələ bilmir. Şəhərin bütün məktəb direktorları əksər hallarda "hesabatı" O. Nuriyevə verir. Artıq Sumqayıtda müəllimlər və valideynlər arasında ciddi narazılıq yaranıb. Məlumata görə, hər gün təhsillə bağlı narazı şəxslər Şəhər İcra Hakimiyyətinin qarşısına yığışır, amma yaranmış problemi həll edə bilmirlər. Təbii ki,bu cür vəziyyət heç də yaxşı sonluq vəd etmir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 167}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22