fim.az

Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL

1-06-2020, 11:16

Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL


Lənkəranda COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir

Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL


Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri Lənkəran rayonunda da mütəmadi olaraq davam etdirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən keçirilmiş video-görüntülü müşavirədən sonra COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri daha da gücləndirilib. Şəhər İcra hakimiyyətində yaradılmış operativ qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq diqqətdə saxlanılır, vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə düzgün riayət olunmasına nəzarət olunur, izahat-təbliğat işləri aparılır. Eyni zamanda pandemiya mənbəələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə qabaqlayıcı kimyəvi-dezinfeksiya tədbirləri görülür. Dezinfeksiya işləri Lənkəran sərnişin ASC-də gündəlik olaraq aparılır, avtobuslar hər gün səhərlər qarajda dezinfeksiya olunduqdan sonra xəttə buraxılır. Ölkə ərazisində karantin rejiminin tələblərinin yumşalmasının rayon sakinlərində arxayınçılıq yaratmaması üçün mayın 23-də Lənkəran şəhərində əhalinin daha çox olduğu mərkəzi bazarın ətraflarında, şəhər avtovağzalı ərazisində, xüsusilə vağzalın gözləmə salununda növbəti dəfə dezinfeksiya işləri aparılıb, vətəndaşlarla söhbət aparılaraq karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi bir daha izah olunub, ehtiyacı olan vətəndaşlara tibbi qoruyucu vasitələr və maskalar təqdim

Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL
Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL
Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL
Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL



Bəlkə də bu yazını oxuyanların bir çoxu “dəyməzdi”, “nəyə lazımdı” deyib narazı qalacaq. Amma, əziz oxucu, bir anlıq toxta dur! Axı susmağın qızıl olması haqda məsəl etiraz və ya haqqı qorumaq anlamında işlənməyib. Əksinə haqsızlığa və ədalətsizliyə susmağın özü günahdır. Nə isə.. Bu girişimizdən sonra birbaşa mətləbə keçək. Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov haqda son günlər mətbuatda ən müxtəlif iddialar yer alır. Bu iddialara susqun qalmaq olmur, ona görə bəzi məqamlar haqda yazmağı vacib bildik.

Bu barədə Fim.az olaraq bir dəfə yazmışdıq. Bəzi media orqanları Lənkəran rayon İcra Hakimiyyətinin başçısını tənqid edərkən hissə qapılırlar. Ən azı Taleh Qaraşov barəsində tənqid yazarkən sıradan biri haqqında deyil, dövlət adamının hədəf seçilməsi götür-qoylarla nəzərə alınmır. Taleh Qaraşov kimdir, hansı suallara cavab verir, o nədən Prezidentin etimadını qazanıb, dövlətin yüksək adlarına layiq görülüb kimi əmsallar peşəkarcasına aparılan paralellərdən sonra qeyd olunmur. Bu suallara jurnalistlərin yerinə cavab verib, pərdəni və həmkarlarımızla aramızda olan məsafəni aradan götürmək, onları pis vəziyyətdə qoymaq istəmirik. Amma… Amma sözünü boşuna işlətmirik. Çünki, bəzi sayt və qəzetlər də nəzərə almalıdır ki, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov barəsində tənqid yazarkən şayələri xəbərə çevirməsinlər, faktlara əsaslansınlar. Təəssüf ki, hər zaman belə olmur. Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə ədilən vara yox, kimlərinsə kabinətlərinə dəvət ədilərək orada aldıqları zakazları yərinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına, görə ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət verib. Hesab etmirəm ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin kolleqalarımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən sevilərək qəbul ədilərlər.

Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Son vaxtlar bir sıra media quruluşlarında Lənkəran Rayon İcra Hakimiyyəti və onun başçısı Taleh Qaraşov haqqında həqiqət yükündən məhrum informasiyalar yer alır.

Lənkəran rayon icra hakimiyyətinə gəldiyi gündən Taleh Qaraşov vəzifəsini daşıdığı rayonda görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Taleh Qaraşov haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Taleh müəllimin özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir.


İstər regional, istərsə də dünya miqyasında müsair Azərbaycanı xarakterizə edən əsas göstəricilərdən biri yüksək dinamizmə əsaslanan modern inkişafdır. Kompleks xarakterə malik bu inkişaf qısa zaman kəsiyində Azərbaycanın kifayət qədər böyük nailiyyətlərə imza atmasına, beynəlxalq geosiyasi və geoiqtisadi məkanda ən güclü müstəqil subyektlərdən birinə çevrilməsinə gətirib çıxarmışdır. Ölkənin dinamik tərəqqisini şərtləndirən məqsədyönlü siyasət yeni minillikdə dünyanın iqtisadi tarixinə inkişafın Azərbaycan modeli anlayışının daxil edilməsi ilə nəticələnib. Artıq bu modelin xarakterik xüsusiyyətləri, spesifik, özünəxas cəhətləri dünyanın araşdırma mərkəzləri, tədqiqat institutları tərəfindən ətraflı öyrənilməkdə, tədqiq olunmaqdadır.

Heç şübhəsiz, belə bir inkişaf tendensiyası düşünülmüş və dəqiq elmi-nəzəri konsepsiyaya əsaslanan strateji proqrama söykənir. Onun müəllifi isə Azərbaycanı dünya üçün yenidən, yeni vüsət və keyfiyyət biçimində kəşf etmiş Prezident İlham Əliyevdir. Danılmaz həqiqətdir ki, bu gün respublikanın başdan-başa tikinti-quruculuq meydanına çevrilməsi, paytaxtın dünyanın sayılı şəhərləri cərgəsində mövqelərini möhkəmlətməsi məhz onun iradə və səylərinin bəhrəsidir.

İnzibati ərazi vahidi olaraq formalaşdığı dövr böyük zaman kəsiyini əhatə etməsə də, sözün əsl mənasında, zamanı qabaqlaya bilib. Bunun ən ümdə səbəblərindən biri Lənkəran rayonunun yaranmasının ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövrünə təsadüf etməsi idi. Ötən illər rayonun istər iqtisadi, istərsə də sosial-mədəni həyatında yüksəliş və tərəqqi illəri kimi yadda qalmışdır. Ulu öndərin respublikada ikinci hakimiyyəti dövrü isə bütün ölkədə olduğu kimi, paytaxtın bu mərkəzi rayonunda da köklü keyfiyyət dəyişikliklərinin, xarakter və məzmunu etibarilə yeni islahatların həyata keçirilməsini təmin etdi. Rayon uzun müddət girdabında çabaladığı ətalət və sükunətin buxovlarından xilas oldu, inkişafının sıçrayış mərhələsinə qədəm qoydu. Bu dinamikanı müstəqillik tariximizin ulu öndərlə bağlı illərinin statistikası da təsdiq edir.

Lənkəran rayonunun taleyində miqyas və məzmununa görə ən məhsuldar dövr birmənalı oaraq Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Ötən 8 il vüsət, inkişaf və konkret izləri həyatın bütün sferalarındakı pozitiv addımlarda təzahürünü tapmış, sosial-iqtisadi, mədəni və humanitar istiqamətləri ehtiva edən fəaliyyət sahələrində nailiyyətlərin miqyasının davamlı şəkildə genişləndiyi bir mərhələdir.

Bütövlükdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan yeni, möhtəşəm uğurlara imza atır. Qloballaşma prosesinin daha geniş vüsət aldığı mövcud zamanın çağırışlarına ahəngdar olan real tərəqqi ölkənin intibahını daha rəngarəng edir, onun istər regional, istərsə də qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Təsadüfi deyildir ki, ən müxtəlif istiqamətləri, o cümlədən sosial-iqtisadi sahəni özündə ehtiva edən inkişaf kontekstində Azərbaycan son 10 ildə iqtisadi artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə liderlik edir.
Cənab İlham Əliyevin titanik fəaliyyəti ölkəni sabitqədəm və hərtərəfli inkişaf yolunda yeni nailiyyətlərin müəllifinə çevirib. Və bütün bunların fonunda təqdirəlayiq haldır ki, yenə dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, xüsusi diqqət və qayğısı sayəsində bugünkü uğurların əldə olunmasında regionların, ölkənin ayrı-ayrı rayonlarının rol və xüsusi çəkisi mütəmadi olaraq yüksəlir.

Rayonun keçdiyi inkişaf yolu ilə bağlı Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov deyir:

- Lənkəran rayonu həm sənayesinin müstəsna əhəmiyyətinə, həm də əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Lənkəran rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.
Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Lənkəran rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.



Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL
Görəsən bəzi sayt rəhbərləri Taleh Qaraşovdan nə istəyirlər - ÖZƏL


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 267}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22