fim.az

Şəhriyar Məmmədyarovdan ŞOK AÇIQLAMA: "Bezdim! Yoruldum!"

27-08-2018, 13:24

Şəhriyar Məmmədyarovdan ŞOK AÇIQLAMA: "Bezdim! Yoruldum!"
















Dünyaca məşhur azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov karyerasının gələcəyi ilə bağlı açıqlama verib.

Şahmatçı uzunmüddətli yarışlarda maddi səbəblərlə bağlı iştirak etdiyini, lakin bu yarışların onu çox yorduğunu deyib.

Şəhriyar bu barədə sosial media hesabında paylaşdığı statusunda yazıb:

“Sabahınız xeyir. Yorğunluqdan indicə yuxudan durmuşam. Burada gecə saat 01:47-dir. Bu gün Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyətdə oldum və rəqib 5 saat udmağa çalışdı. Buradan bir qanaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərdə iştirak etməyəcəm. Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq, əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Deməyə utandım ki, pul! Deyə bilmədim ki, mənim kimi professioanl oyunçunun sponsoru yoxdur. Və hətta bütün yarışlara öz hesabıma gedirəm. Çünki burada hamının sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım! Çox heyf, ancaq şahmat məni bezdirir! Yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə sponsor tapılmadı??? Azərbaycana sevgim sonsuzdur, amma heyf ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. O zaman bu söhbətlər sadəcə mənasız olacaq. Diqqətiniz üçün təşəkkürlər”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirində mübarizə aparır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 431}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22