» » Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyətdir - ÖZƏL

Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyətdir - ÖZƏL

Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyətdir - ÖZƏL















Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Fuad Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorluk fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.


İDMAN SAHƏSİNDƏ LİDERLİK BACARIQLARINIZI NÜMAYİŞ ETDİRMƏK İSTƏYİRSİNİZ?

İDMANA SEVGİNİZİ GƏLƏCƏK PEŞƏNİZƏ ÇEVİRMƏYİ ARZULAYIRSINIZ?


Əgər bu suallara cavabınız müsbətdirsə, o zaman Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil almağa dəvət edirik!

Akademiya Bakı şəhərində yerləşir, beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli bədən tərbiyəsi və çağırışaqədər hazırlıq müəllimləri, məşqçilər, idman menecerləri, idman jurnalistləri, idman tibbi və reabilitasiya üzrə mütəxəssislər hazırlayır.

Akademiyanın professor-müəllim heyəti aparıcı yerli və beynəlxalq ekspertlər, dövlət, biznes və beynəlxalq idman təşkilatlarının nümayəndələridir.

Akademiya tələbələrə keyfiyyətli, innovativ və ən müasir elmi biliklərin tədrisi ilə yanaşı, təcrübə qazanmaq imkanları yaradıb. Bizə qoşularaq, uğurla inkişaf edən beynəlxalq idman hərəkatının bir hissəsi olmaq şansı əldə edin!




Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tarixi 8 noyabr 1930-cu ildən başlayır. Həmin gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının indiki binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılışı həyata keçirilmişdir. İnstitutun əsas vəzifəsi bədən tərbiyəsi müəllimləri, məşqçilər, kütləvi bədən tərbiyəsi və idman işləri üzrə təşkilatçılar, müalicə bədən tərbiyəsi metodistləri hazırlamaq idi. 1933-cü ildə Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutunun 39 nəfərdən (6 qız, 33 oğlan) ibarət ilk buraxılışı oldu. 1936-cı ildən bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlanırdı. 1999-cu ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası kimi fəaliyyətini davam etdirmişdir. 85 il ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 30 min nəfərdən artıq mütəxəssis hazırlamışdır.

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün bütün imkanları yaradan müasir ali təhsil məktəbidir. Akademiya idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəfləri qarşısına qoymuşdur.Bu məqsədlərə nail olmaq üçün 2016-cı ildən başlayaraq Akademiyada ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır (elektron kitabxana, tədris laboratoriyaları, sürətli internet və s.), təhsil imkanları genişləndirilir (distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və s.), beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur.
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət