fim.az

Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR

14-02-2020, 00:32

Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8 illiyi İsmayıllıda təntənəli qeyd olunub

Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR


İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının səkkiz illiyi təntənə ilə qeyd olunub. Xidmətin rayon şöbəsinin əməkdaşları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov giriş nitqi ilə tədbiri açaraq SHXÇDX rayon şöbəsinin əməkdaşlarını tarixi gün - mənsub olduqları təşkilatın yaranmasının səkkizinci ildönümü münasibəti ilə təbrik edib, gənclərin orduya hazırlanmasında, vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsində, hərbi peşələrin, hərb tarixinin öyrənilməsində və təbliğində onlara uğurlar arzulayıb, nitqinin sonunda Xidmətin rayon şöbəsinin 4 nəfər əməkdaşına pul mükafatı təqdim edib. Rayon şöbəsinin rəisi polkovnik-leytinant Əfran Nəbiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 8 illiyi barədə məruzə edib. İki nəfər əməkdaşa Dövlət Xidmətinin fəxri fərmanı, bir nəfərə təşəkkürü təqdim olunub. İstefada olan polkovnik Əlaləm Babayev, YAP rayon təşkilatının sədri Sevil Əhmədova, Rayon məhkəməsinin sədri Rəfael Şirinov, rayon ağsaqqallar şurasının sədri Valeh Salehov şöbənin əməkdaşlarını təbrik ediblər.
Fevralın 13-də ölkəmizdə, eyni zamanda İsmayıllıda təntəəli, gənclərimiz üçün faydalı olan tarixi bir gün yaşanıb.


Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR
Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR
Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR


Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də İsmayıllı rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm yerli ictimaiyyət, həm də ölkə rəhbərliyi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.
Əlbəttə ki, İsmayıllının iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə artması ilk növbədə İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqovun ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündəhəm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur.


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovdur.

Mirdamət müəllim Sadıqovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mirdamət müəllim Sadıqov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Mirdamət müəllim Sadıqov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Mirdamət Sadıqov- Biz Prezident İlham Əliyev cənablarının əmr və göstərişlərini daim icra edirik. Bunun da sübutu kimi gedin İsmayıllı camaatından soruşun. Onlar sizə öz razılıqlarını çatdırar. Sadəcə olaraq böhtan yazanlar mənim gördüyüm işlərə kölgə salmağa çalışırlar. Amma hər dəfəsində bu çirkin niyyətləri baş tutmur, tutmayacaqda!"

Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR


Xatırladaq ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayona icra başçısı gəlməmişdən əvvəl başqa vəzifələrdə işləmiş və hər zaman seçilmişdir, bundan sonra ölkə başçısının sərəncamı ilə od içində olan, döyüş poliqonuna bənzəyən İsmayıllı rayonuna göndərilir və qısa zaman kəsiyində rayonu laləzara çevirməsi də olanlara əyani sübutdur. Həmişə öz işi və zəmətilə ucalan cənab Sadıqovun görəvi bununla yekunnaşmadı. Dağ başında köyə bənzəyən İsmayıllı ağlar günə qoymuşlar insafsızlar. Amma, Mirdaməd Sadıqovun rayona rəhbər gəldiyi gündən, bu coğrafi məkanda bir canlanma bir tərəqqi yaşanmağa başladıldı.

Görəv müddətində İsmayıllıda xaliqələr yaradan Mirdaməd Sadıqov rayonda məmur-vətəndaş arasında yaranmış uçurumun aradan götürülməsinə start verdi. Vətəndaşları narahat edən problemlərin həlli yerindəcə təşəkkül tapmağa başladı. Hətta rayondakı bir sıra əsas qurumların rəhbərləri ilə küsülü olan əvvəlki icra başçısından öz həyətlərində mal-qara damı tikməyə belə icazə ala bilməyən rayon sakinləri süründürməçilikdən yaxa qurtardı. Rayonda hökm sürən gərgin ictimai durum xoş abu-hava ilə əvəz olundu. Bir sözlə, möhtərəm Prezidentin bu sərəncamı ilə İsmayıllı rayonu yenidən xoşbəxt günlərini yaşamağa başladı. Dünənədək mal-qara damının tikintisi yasaq olunan rayonda vətəndaşlara Nuh əyyamındən qalan nimdaş ticarət, iaişə obyektlərinin binalarını yenisi ilə əvəzləməyə şərait yaradıldı, yerli sakinlərin həyat rifahının yaxşılaşması istiqamətində hələdə ciddi işlər aparılır, kanalzasiya sistemleri yenilənir, parklar və istirahət yerləri inşa olunur. Kəndlərə yollar çəkilir, içməli su təminatı yaxşılaşdırılır.

Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR


Qeyd edək ki, bütün bunlar məhz Mirdaməd Sadıqovun İsmayıllıya rəhbər gəlişindən sonara olub. Amma bu gün ölkənin internet mediasında, İsmayıllı rayonun icra aparatı işçiləri və rəhbərilə bağlı qərəzli-xöşagəlməz məlumatlar yer alır. Bildirək ki, bir necə müddət bundan əvvəl İsmayıllı rayonunda yaşayan əhali sosial sıxıntılar məngənəsində əziyyət çəkəndə heç kəs bu haqda bir kəlmədə olsa yazmırdı. İndi nə baş verib ki, media əhli İsmayıllıları əzizləyib, onların dərdlərinə şərik olmağa çalışırlar. Rayonda dolandırcılıqla ad qazanan, vəzifə sahiblərini aylıq hesaba oturdan digər icra başçını az qala on ikinci imam elan edən bəzi medi adamları nə oldu ki, birdən, birə İsmayıllıda insan hüquqlarının taptanmasından ağız dolusu danışırlar!?. Bəs bu insanlar illər əvvəl harda idilər, İsmayıllıda iş adamları əzilib təhqir edilirdi. Rayonda əlillər, şəhid anaları, ağsaqqallar, kimsəsizlər adam yerinə qoyulmayanda onda bir kimsə niyə İsmayıllıların fəryadına çatmırdı!?. Bəyəm, əvvəlki icra başçısı kimilərin hüquqları, İsmayıllıda yaşayan əlillərin, şəhid analarının, ağsaqqalların, kimsəsizlərin hüquqlarından belə artıqdı?... Təbii ki, qara yaxmaqla öz əxlaqını ortaya qoyanlar gec, tez cavablarını alırlar.

Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR


Elə Əvvəlki icra başçısı kimi... Əminik ki, hər zaman olduğu kimi, bu dəfə də, şər-böhtanla Mirdaməd Sadıqovu sevdiyi işindən ayırmaq mümkün olmayacaq, yazılan böhtanları ərsəyə gətirənlərə məğrur şəkildə sinə gələcək. Öz zəngin daxili keyfiyyətləri ilə barəsində yazdırılan bütün böhtanlara baxmayaraq, onu istəməyənlərə cənab Sadıqovun verdiyi ən tutarlı cavab, təbii ki, hər kəsə nümunə olan fəaliyyəti olduğuna inanırıq. Hər kəs bilməlidir ki. zəhməti ilə ucalanlar seçilmişlərdir. Allah tərəfindən ucalanları bəndə alçalda bilməz. Yeri gəlmişkən “yel qayadan nə apara bilər ki...”. Vəssalam.

P.S. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun bizim müdafiəsimizə ehtiyacı yoxdur.


Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR

Görəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLARGörəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLARGörəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLARGörəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLARGörəsən bəzi jurnalistlər niyə İsmayıllıdan görünən işlərdən yazmırlar? - TUTARLI CAVAB - ÖZƏL+FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 226}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22