fim.az

Bu kəndin Ucara dəxli yoxdur... - GİLEY

15-09-2018, 14:03

Bu kəndin Ucara dəxli yoxdur... - GİLEY
















Bu dəfəki şikayət Ucar rayonunun Şahlıq kəndinin əhalisindəndir. Bu kənd şahlığını yalnız adında yaşayır. Redaksiyamıza yazan sakinlər həm rayon rəhbərliyindən giley edirlər, həm də onlara olan biganəlikdən narazıdırlar.

Sakinlər adından yazılan müraciətdə deyilir: "Kənd əhalisi qazın verilməməsindən şikayətçidir. Belə ki, bu kəndə çox yaxın məsafədə yerləşən qonşu Ramal və Əlikənd kəndlərinə qaz xəttləri çəkilir, tezliklə qazın veriləcəyi bildirilir. Bir addımlıqda olan Şahlığa isə, qaz xəttinin çəkilməsindən və verilməsindən söhbət getmir".

Ümumiyyətlə, bu 3 kəndin camaatı elektrik enerjisinin zəif verilməsindən də şikayətçidir. Sakinləryazır: "Bir balaca külək əssə, günlərlə zülmətə qərq oluruq".

Narazı vətəndaşlar müraciətlərində deyirlər ki, gün ərzində işığın fasilələrlə verilməsi və veriləndə də zəif verilməsi əhalinin məişət və elektrik əşayalarını sıradan çıxarır.

"Xahiş edirik ki, bizim rayona xalqın dərdini eşidən icra başçısı göndərin ki, o da problemlərimizi həll etsin. Yoxsa bu başçı bizi tamamən unudub".

Qarşı tərəfi də dinləməyə hazırıq...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 337}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22