fim.az

Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Şərəfli həyat yolu

19-04-2019, 14:14

Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov - Şərəfli həyat yolu















Təhsil elə bir unikal sferadır ki, hər kəsin ailəsinə siraət edir. Bu gün Azərbaycanda təhsilimiz nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət göz qabağındadır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin bölgələrdə həyata keçirdiyi yeniliklərlə bağlı olaraq nəinki mərkəzdə, hətta ucqar yerlərdə də təhsilin inkişafını təmin edir. Bu gün təhsil sahəsində irəliləyişlərin olması, qazanılan nailiyyətlər təbii ki, Azərbaycanımızın, xalqımızın gələcəyə addımlayan uğurlarından xəbər verir.
Ümummilli liderimiz H.Əliyev deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” Bu o deməkdir ki, bu gün hansı peşə sahəsində çalışmağımızından asılı olmayaraq, hər birimiz öz müəllimlərimizə minnətdar olmalıyıq.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir.

Bu gün Təhsil Nazirliyinin rəhbərliyi ilə bölgələrdə müəllimlərin diaqnostik qiymətləndirilməsinin təşkil edilməsi, onların dərs yükünün 1.5 vahid, vəzifə maaşlarının 2 dəfə artırılması ölkə başçısının təhsilə və təhsil sahəsinə ömürlərini həsr edən müəllimlərə qayğısından irəli gəlir.
Bununla bağlı olaraq 2019-2020-ci tədris ili ərzində Müəllimlərin diaqnostik qiymələndirlməsi keçirləcək rayonlardan birində - təhsilimizin inkişaf yoluna öz tövhələrini bəxş etmiş Gəncə şəhərində olduq. Bu tədris ili ərzində ölkə rəhbərliyi tərəfindən Gəncə şəhərində bir neçə məktəb binası yenidən tikilib istifadəyə verilmiş, bir neçə məktəbdə isə əsaslı təmir işləri aparılmışdır. Təhsilimizin Gəncə şəhərində inkişafının hansı səviyyədə olduğunu öyrənməkdən ötrü üz tutduq Gəncə şəhər Təhsil Şöbəsinə. Şəhər daxil olanda bizi Təhsil Şöbəsinə aparan yolun üzərində bir neçə orta məktəb binası ilə rastlaşdıq. Həqiqətən də təhsil üçün belə gözəl binaların olması Gəncədə təhsilin inkişafı ilə bağlı məndə ilk təəsuratı oyatdı. Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynovla görüşdük.

Səmimiyyət və təbəssümlə suallarıma cavab verən Zakir müəllim. Son dövrlərdə təhsil sahəsində olan inkişafdan, şəhər və mərkəz rayonlarla yanaşı, ucqar ərazilərimizdə də məktəblərin tikilib istifadəyə verilməsi, təhsil işçilərinə və şagirdlərə ölkə rəhəbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.

Gəncə şəhərində bu ürəkaçan inkişafı şahidi olduqdan sonra öz-özümə fikirləşdim ki, ümummilli lider H.Əliyevin qoyub getdiyi irs cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bir xalqı məhv etmək üçün onun savadını əlindən almaq kifayətdir, məncə. Amma bu gün bizim xalqımız istənilən çətinliklərin öhdəsindən gəlməyə qadirdir. Çünki bizim təhsilimiz bizim möhkəm qalamızdır.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Zakir Hüseynov haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Zakir müəllimin özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 1138}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22