fim.az

"Onlar ölkəmizdə gedən inkişafın paxıllığını çəkirlər" — Deputat Sevinc Osmanqızına CAVAB VERDİ

18-10-2018, 09:30

"Onlar ölkəmizdə gedən inkişafın paxıllığını çəkirlər" — Deputat Sevinc Osmanqızına CAVAB VERDİ














Milli Məclisinin deputatı, “Qasid” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Mirkazım Kazımov ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızının sosial şəbəkə üzərində Milli Məclisin deputatlarını təhqir etməsinə cavab verib.
Deputat "Ölkə.Az"a açıqlamasında bildirib ki, Sevinc Osmanqızı kimi şəxslər Azərbaycan dövlətinin əldə etdiyi böyük uğurları gözü götürməyən adamlardır:

"Mən Sevinc Osmanqızını tanımıram, onun səhifəsinə də heç baxmıram. Hesab edirəm ki, ona baş qoşmağa dəyməz. O, Qənimət Zahid və bir neçə insan var ki, onlar ölkəmizdə gedən inkişafın paxıllığını çəkirlər. Ona görə də ölkəmizə bu cür qarayaxmaqla məşğuldurlar. Onlar xarici ölkələrdə oturub Azərbaycan əleyhinə iş aparırlar. Bir sıra xarici dövlətlərdə Azərbaycanın inkişafını istəməyən maraqlı qüvvələr var ki, onlar ölkəmizdən nə isə ala bilməyəndə bu cür satqın insanları işə cəlb edirlər, maliyyələşdirirlər. Təbii ki, bütün bunlar hörmətli Prezidentimizə qarayaxmadan başqa bir şey deyil. Axı onlar kimdir ki, Azərbaycana təzyiq edə bilsin. Azərbaycanın tutduğu uğurlu yol var və müstəqil siyasət aparır. Sadəcə olaraq xarici dövlətlər Azərbaycana təzyiq etmək istəyəndə bu cür adamlardan istifadə edirlər".
Xatırladaq ki, Sevinc Osmanqızı özünün "Youtube" səhifəsində yayımladığı videosunda Milli Məclisin tərkibinin vaxtından öncə dəyişdirilməsi ilə bağlı qanunsuz çağırışlar edib. Hətta, çağırışlar zamanı Sevinc Osmanqızı Milli Məclisin üzvlərinin ünvanına "üzdəniraq" ifadəsi səsləndirməklə onları təhqir edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 393}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22