fim.az

Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir – FOTO

18-10-2018, 12:31

Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir – FOTO
















Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı istifadə etdiyi saatların dəyəri milyonlarla ölçülür.

Bu haqda xəbəri virtualaz.org yayıb. Sayt bildirir ki, Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisi ilə bağlı ortaya yeni faktlar çıxıb. Sayt ekspertlərin köməyi ilə kiçik araşdırma aparıb və aydınlaşdırıb ki, Rüfət Aslanlısının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür.

CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına Parmigiani Fleurier Kalpa-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda Tourbillon-un 200 min dollar dəyəri olan saatını görmək olar.

Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında Patek Philippe Nautilus-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Rüfət Aslanlının Vacheron Constantin Perpertual-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır…

Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti hesab edilir.

Rüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir – FOTORüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir – FOTORüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir – FOTORüfət Aslanlının təkcə saatlara xərclədiyi pul milyon dolları keçir – FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 393}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22