» » “Siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?!” — Birinci vitse-spikerdən Komitə sədrinə ETİRAZ

“Siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?!” — Birinci vitse-spikerdən Komitə sədrinə ETİRAZ

“Siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?!” — Birinci vitse-spikerdən Komitə sədrinə ETİRAZ













Milli Məclisinin bu gün keçirilən plenar iclasında teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı təklif müzakirə olunub.
İclasda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov teatrlarda siqaret çəkilməsinin aradan qaldırılmasına ehtiyac olmadığını söyləyib.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə Komitə sədrinin fikirlərinə etirazla cavab verib:
“Deyirsiniz ki, teatr tamaşasında və flimlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?! Onda siz tələbələrinizə deyin, “Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər, baxaq görək, doğrudan da nəysə var”.
Birinci vitse-spiker qeyd edib ki, Hollivud filmlərinin 95 faizindən siqaretlər yığışdırılıb:

“Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaret çəkmək yığışdırılsın, mövcud fimlərdə də üzərinə “kölgə” salınsın”.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət