» » Nazirliyin rəsmisi şuranın üzvlüyündən çıxarıldı

Nazirliyin rəsmisi şuranın üzvlüyündən çıxarıldı

Nazirliyin rəsmisi şuranın üzvlüyündən çıxarıldı
















Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında qərarda dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdirilib. Kollegiyanın üzvü Məmmədov Xəqani Telman oğlunun əvəzinə Nuriyev Mübariz Əsgər oğlu təsdiq edilib.

Digər bir sərəncamla Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiq edilib. Belə ki, Vergilər Nazirliyinin Departament rəsmisi Statistika Şurasının üzvlüyündən çıxarılıb.

Şuranın üzvü Cəbrayıl Fərid Zəbiyulla oğlunun (Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini) əvəzinə Rəhimli Elşən Moqif oğlu (Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini) üzvlüyə təsdiq edilib.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət