fim.az

Atatürkün son arzusu və vəsiyyəti — Paşanın ölümündən 80 il ötdü

10-11-2018, 14:14

Atatürkün son arzusu və vəsiyyəti — Paşanın ölümündən 80 il ötdü
















Türkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürkün ölümündən 80 il ötdü.
Dahi sərkərdə 1938-ci ilin 10 noyabr tarixində gözlərini əbədi olaraq yumub.

1937-ci ildən Atatürkün səhhətində problemlər ortaya çıxdı. 1938-ci ilin əvvəllərində qaraciyər serozu diaqnozu qoyuldu. Türk həkimlərlə yanaşı Avropadan da mütəxəssislər Türkiyəyə dəvət edildi. Həkimlər Paşanı müalicə etməyə başladılar.

1938-ci ilin 1 noyabr tarixində Türkiyə parlamentinin açılışında Mustafa Kamal Paşa xəstə olduğu üçün iştirak edə bilmədi. Müalicə də nəticə vermədiyi üçün 10 noyabr tarixində, cümə axşamı günü, səhər saat 09:05 (Türkiyə vaxtı ilə) radələrində, İstanbulun Beşiktaş rayonundakı Dolmbahçe sarayında gözlərini əbədi olaraq yumdu.

16 noyabr tarixində Türk bayrağına bürünmüş tabut Dolbahçe sarayındakı salona yerləşdirildi. Mustafa Kamal Paşa ilə vidalaşmaq istəyənlər Saraya axın etdilər. Mərhumun nəşi 20 noyabr tarixində Ankaraya göndərildi.
21 noyabr tarixində tabut müvəqqəti olaraq Ankaradakı Etnoqrafiya muzeyinə yerləşdirildi. Mərasimdə dövlət rəsmiləri, dünyanın dört yanından təşrif buyurmuş qonaqlar, xarici ölkələrin zabitləri də iştirak edib.

1953-cü ildə isə Atatürkün cənazəsi onun üçün inşa edilmiş Mavzoleyə aparıldı. Mavzoleyin inşasına 1944-cü ildə başlanmış və 1953-cü ildə başa çatmışdır.
Mustafa Kamal Atatürk bütün əmlakını Türk Tarix Qurumu və Türk Dili Qurumuna bağışlamışdır.

Atatürk ölümündən əvvəl yavərini yanına çağırıb bu günə qədər dadına baxmadığı ənginar istəyib. Bəzi mənbələrə görə İzmir, bəzi mənbələrə görə isə Hataydan gətirilən ənginarın dadına təəssüf ki, Mustafa Paşa baxa bilməyib. Çünki o, vəfat etmişdi...

Atatürkün son arzusu və vəsiyyəti — Paşanın ölümündən 80 il ötdüAtatürkün son arzusu və vəsiyyəti — Paşanın ölümündən 80 il ötdüAtatürkün son arzusu və vəsiyyəti — Paşanın ölümündən 80 il ötdüAtatürkün son arzusu və vəsiyyəti — Paşanın ölümündən 80 il ötdüAtatürkün son arzusu və vəsiyyəti — Paşanın ölümündən 80 il ötdü


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 714}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22