» » Dəhşətli müharibənin BİR ADDIMLIĞINDA: qərargah və hökumət binası məhv edildi - FOTO/VİDEO

Dəhşətli müharibənin BİR ADDIMLIĞINDA: qərargah və hökumət binası məhv edildi - FOTO/VİDEO

Dəhşətli müharibənin BİR ADDIMLIĞINDA: qərargah və hökumət binası məhv edildi - FOTO/VİDEO

















İsrail ordusu Qəzza sektorunda Fələstin döyüşçülərinin mövqelərinə hücümları davam etdirir.

Publika.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Bu saata kimi İsrail ordusu Qəzza sektorunda HƏMAS və “İslami cihad”a aid təxminən 150 terror hədəfini vurub”, - ordunun məlumatında deyilir.

Qəzza sektorunda məhv edilmiş hədəflər arasında hərbi düşərgələr, müşahidə postları, yeraltı tunellər, raketlərin işə salınması üçün meydançalar, üç hökumət binası və silah istehsalı üzrə emalatxanalar göstərilir. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində üç fələstinli həlak olub, təxminən 15-i yaralanıb.

Məlumata görə, Fələstin döyüşçüləri İsrail ərazisinə 370 raket buraxıb. Onlardan 100-ü “Dəmir günbəzi” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. “Haaretz” qəzetinin xəbərinə görə, bir insan həlak olub. İsrail həkimləri 53 nəfərin yaralandığını açıqlayıblar.

Dəhşətli müharibənin BİR ADDIMLIĞINDA: qərargah və hökumət binası məhv edildi - FOTO/VİDEO














Beynəlxalq cəmiyyətin çağırışlarına, BMT və Fələstin milli administrasiyasının sülh səylərinə baxmayaraq, qarşılıqlı zərbələr davam edir.

Qeyd edək ki, İsrailin Qəzza ərazisində hərbi əməliyyatı zamanı baş verən atışma münaqişənin kəskinləşməsinin səbəbi oldu. Hadisə bazar günü baş verib. Atəşma nəticəsində bir İsrail zabiti və altı fələstinli həlak oldu. Yerli KİV-in məlumatına görə, onların arasında yüksək vəzifəli HƏMAS döyüşçüləri var idi. Öldürülənlərdən arasında HƏMAS-ın hərbi qanadı olan “İzzəddin al-Kassam Briqadası”nın komandirlərindən biri də var.

“İslami cihad”ın hərbiləşdirilmiş qanadı ümumi səfərbərlik elan edib. İsrail Qəzzaya əlavə güclər göndərib. Bu gün isə İsrail ordusu HƏMASın qərargahının məhv edilməsinin videosunu dərc edib.

Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət