» » Səfər Əbiyevin oğlu işdən çıxarılıb – “xaricə köçür” iddiası var

Səfər Əbiyevin oğlu işdən çıxarılıb – “xaricə köçür” iddiası var

Səfər Əbiyevin oğlu işdən çıxarılıb – “xaricə köçür” iddiası var















Sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyev işdən çıxarılıb. Bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

S.Əbiyevin 2 oğlu var. Əbiyev qardaşları hər ikisi ixtisasca hüquqşünasdırlar, hər ikisi Hərbi Dəniz Qüvvələrində xidmət ediblər. Böyük oğlu Roman Əbiyevi 2011-ci ildə baş prokuror Zakir Qaralov Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsinə təyin edib. Bundan əvvəl isə Roman Əbiyev Xəzər Rayon Prokurorluğunda müfəttiş olub. Səfər Əbiyevin kiçik oğlu Ramin Əbiyev isə Vergilər Nazirliyində müfəttiş vəzifəsində çalışıb.

Belə iddialar var ki, keçmiş nazirin oğlu Çexiyaya köçəcək. Vəzifəsindən öz xahişi ilə çıxması da xaricə köçməsi ilə əlaqədardır. Qeyd edək ki, Səfər Əbiyev vəzifəsindən çıxarılandan 2 il sonra onun Çexiya vətəndaşlığı alması xəbəri yayılmışdı. Bildirilirdi ki, sabiq nazirin ikili vətəndaşlığı var, o, Azərbaycanla bərabər Çexiya vətəndaşlığı da alıb. Həmin günlərdə Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də Feysbuk səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib. S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər də yayılmışdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu. Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı. Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.(musavat.com)
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Mədəniyyət